Beynəlxalq Müdafiə Sənayesi Gündəliyi | 13-19 aprel 2026

2026/04/savun-1776088873.jpg
Oxunub: 679     19:50     20 Aprel 2026    
2026-cı il aprelin 13-dən 19-na qədər beynəlxalq müdafiə sənayesində qeydə alınan inkişaflar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Sözügedən inkişaflar aşağıdakı kimidir:

Avstraliya HIMARS yaylım atəşli reaktiv sistemindən buraxılan yerli istehsal GMLRS raketlərini uğurla sınaqdan keçirib.

“Raytheon” Ukrayna ilə “Patriot” hava hücumundan müdafiə raketləri üçün 3,7 milyard dollarlıq müqavilə imzalayıb.

“Lockheed Martin” ABŞ Hərbi Hava Qüvvələri ilə C-130J təyyarələri üçün təlim və texniki xidmət sistemi müqaviləsi imzalayıb.

İspaniyanın “Indra” şirkəti ilə Norveçin “Kongsberg” şirkəti Almaniya və Norveç sualtı qayıqları üçün radioelektron mübarizə və radar sistemlərinin tədarükü məqsədilə müqavilə imzalayıb.

Britaniya Ukraynaya 2026-cı il boyunca ən azı 120 min pilotsuz uçuş aparatı təmin edəcəyini açıqlayıb.

Litva hava müdafiəsini gücləndirmək üçün Norveç-ABŞ ortaq istehsalı olan NASAMS hava hücumundan müdafiə sistemini inventara qəbul etməyə başlayıb.

MBDA AKERON LP raketini yeni imkanlarla sınaqdan keçirib.

“Boeing” ABŞ ordusu ilə 6 ədəd CH-47F “Block II Chinook” helikopteri üçün müqavilə imzalayıb.

“GE Aerospace” Hindistan Hərbi Hava Qüvvələri ilə “Tejas” təyyarələrinin mühərrikləri üçün texniki xidmət müəssisəsinin qurulmasına dair müqavilə imzalayıb.

“L3Harris” raket mühərriki istehsalını artırmaq üçün 1 milyard dollardan çox investisiya qoyacağını açıqlayıb.

Britaniya “Boeing Defence UK” ilə “Apache” və “Chinook” helikopterlərinin texniki xidmət və dəstək xidməti üçün müqavilə imzalayıb.

Avstraliya “Mitsubishi Heavy Industries” ilə “Mogami” sinfinə məxsus döyüş gəmilərinin ilk 3-nün təhvili üçün müqavilə imzalayıb.

“Northrop Grumman” YFQ-48A pilotsuz döyüş təyyarəsində ilk mühərrik işə salma sınağını həyata keçirib.

“Rostec”in tərkibindəki “United Aircraft Corporation” Rusiya Müdafiə Nazirliyinə “Su-35S” döyüş təyyarələrinin yeni partiyasını təhvil verib.

Finlandiya F-35A ilə ilk uçuşunu həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin